Danışılmış oyunlarla bağlı məsələlərlə əlaqədar digər idman növlərinin nümayəndələri də saxlanılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. O qeyd edib ki, məsələ çox ciddidir: "Onlar futbola daxil olaraq, təəssüf ki, danışıqlar aparıblar. Hazırda bununla bağlı hüquq-mühafizə orqanları ilə birgə iş aparılır".
E.Məmmədov hazırda milli komanda üzvləri, klub nümayəndələri və digər şəxslərin də ifadələrinin alındığını diqqətə çatdırıb.