Hazırda Qazasıstan "Astana"sına rəhbərlik edən "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynanın Odessa şəhərindəki mənzilindəki mükafatları barədə danışıb.
Sportnet.az-ın məlumatına görə, mükafatlar sırasında medal və kuboklarla yanaşı, 2015-ci ildə İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasındakı sorğuda İlin baş məşqçisi seçildiyi vaxt ona təqdim olunmuş plaket də yer alıb.
Mükafatlar arasında Qriqorçukun maketi olan fiqur da var. Baş məşqçinin özü həmin hədiyyə barədə deyib: "Bu, mənim üçün böyük sürpriz oldu. Bunu mənə Azərbaycanda dostlarımdan biri verdi. Onun adı Zaurdur. Çox ciddi hədiyyədir. Amma mükafatlarım arasında "Astana"da qazandığı qızıl medalı birinci yerə qoyardım".
Qeyd edək ki, Roman Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub.