Qış hazırlıqlarına Bakıda başlayan “Qəbələ” komandası bu gün yoxlama oyunu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv 2020-ci ildəki ilk matçında MOİK-lə görüşəcək. I Divizion təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.
Yoxlama oyunu
10 yanvar
15:00. MOİK - “Qəbələ”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
Qeyd edək ki, “Qəbələ” 2019/2020 mövsümünün ikinci yarısının hazırlıqlarına yanvarın 4-də başlayıb. Gündə bir dəfə məşq edən komanda hazırlıqlarını Bakı Olimpiya Stadionunda keçirir.