İtaliya "Yuvestus"unun futbolçusu Kriştianu Ronaldu komandasının nahar yeməyinə qatılmayıb.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı ulduzun komanda yoldaşı Miralem Pyaniçin şəxsi "Instagram" səhifəsində nahardan paylaşdığı şəkildə Ronaldu yer almayıb.
35 yaşlı hücumçunun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil. Lakin daha əvvəl İtaliya mətbuatı onun komanda yoldaşları ilə münasibətlərinin yaxşı olmadığı yazıb.
Qeyd edək ki, cari mövsüm A Seriyasının 15 oyununda iştirak edən Kriştianu Ronaldu 13 qola imza atıb.