İtaliyanın "Milan" klubu qış transfer dönəmində heyətini gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Milan təmsilçisi İspaniya "Sevilya"sının müdafiəçisi Simon Kyaeri icarəyə götürüb.
Mövsümün birinci yarısını İtaliyanın digər klubu "Atalanta"da keçirən 30 yaşlı danimarkalı futbolçu bu ilin iyun ayına qədər "Milan"da çıxış edəcək.
Qeyd edək ki, karyerası ərzində "Palermo", "Volfsburq", "Roma", "Lill" və "Fənərbaxça" kimi klublarda oynayan Danimarka millisinin üzvü 2017-ci ildə "Sevilya"ya transfer olunub.