
"Qəbələ"nin futbolçusu Faiq Hacıyev zədələnib.
Sportnet.az-ın məlumatına görə, 21 yaşlı müdafiəçi Macarıstanın MTK komandasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə məşqdə xəsarət alıb. Hacıyevin əvəzinə Amin Seydiyev start heyətdə meydana çıxacaq.
Qeyd edək ki, qarşılaşma 17:00-da başlayacaq.