Türkiyənin "Yeni Malatyaspor" futbol komandası baş məşqçisi Sergen Yalçınla yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, qərar idarə heyətinin iclasında qəbul olunub. 48 yaşlı mütəxəssislə yanaşı onun köməkçiləri də klubu tərk edib.
Qeyd edək ki, Sergen Yalçın 2019-cu ilin iyul ayından komandaya rəhbərlik edib. Onun klubla müqaviləsi bu ilin yayında yekunlaşmalı idi. "Yeni Malatyaspor" Türkiyə Super Liqasında 17 turdan sonra 24 xalla 8-ci pillədə qərarlaşıb.