
Təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antalya bölgəsində keçirən “Neftçi” çalışmaları davam etdirir.
Sportnet.az xəbər verir ki, komanda bu gün yeni təyin olunmuş baş məşqçi Füzuli Məmmədovun rəhbərliyi altında iki məşqə çıxıb. İsinmə hərəkətlərindən sonra ötürmələri, “kvadrat” oyununu və taktiki çalışmaları yerinə yetirən komanda üzvləri məşqi ikitərəfli oyunla tamamlayıb.
Qeyd edək ki, “ağ-qaralar” Bakı vaxtı ilə sabah saat 18:00-da “Gloria Sports Arena”da Kiyev “Dinamo”su ilə yoxlama görüşü keçirəcək. “Neftçi” daha bir sınaq matçını isə yanvarın 24-ü “Arslan Zeki Spor Kompleksi”ndə digər Ukrayna klubu “Desna”ya qarşı keçirəcək.