"Qarabağ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, ispaniyalı yarımmüdafiəçi Dani Kintanadır. Onun Çin Premyer Liqasında çıxış edəcəyi ehtimal olunur. Klub Kintanaya xidmətləri qarşılığında təşəkkürünü bildirib. 33 yaşlı oyunçu Azərbaycan komandasında 2015-ci ildən çıxış edirdi.
Qeyd edək ki, "Qarabağ" daha öncə Simeon Slavçev ("Levski", Bolqarıstan), Asmir Beqoviç ("Milan", İtaliya) və Riçard Almeyda ("Baniyas", BƏƏ) ilə vidalaşıb.