"Qarabağ" və "Neftçi" arasında Azərbaycan Premyer Liqasının XVI tur matçı soyuq və yağıntılı hava şəraitində keçib.
Sportnet.az-ın məlumatına görə, komandalar 90 dəqiqə boyunca ehtiyatlı mübarizəyə üstünlük veriblər. Bu səbəbdən, aqressiv oyun elə də müşahidə edilməyib.
Əvəzində axşam vaxtı şaxtalı havada sadiq azarkeşləri hər iki komandanı tək qoymayıblar. Rəsmi rəqəmlərə əsasən, 3200 tamaşaçı 90 dəqiqə boyunca durmadan "Qarabağ" və "Neftçi"yə dəstək veriblər. Lakin qapılara qol vurulmayıb.
Oyundan sonra hər iki komandanın baş məşqçisi - Qurban Qurbanov və Füzuli Məmmədov azarkeşlərə təşəkkürlərini bildiriblər.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytının matçdan təqdim etdiyi fotoları təqdim edir...