İtaliya "Yuventus"unun futbolçusu Duqlas Kosta özünütədric tələbini pozub. Sportnet.az "Daily Mail"ə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karantin vaxtı bitməmiş vətəni Braziliyaya yollanıb.
O, ölkəsində karantin qaydalarına əməl etməyib. Sevgilisi Kosta ilə istirahət görüntüsünü paylaşıb.
Buna görə klub prezidenti Andrea Anyellinin "sambaçı"nı və koronavirus pandemiyası vaxtı İtaliyanı tərk etmiş digər futbolçuları cəzalandıracağı gözlənilir.