Türkiyənin "Qalatasaray" klubunun vitse-prezidenti Abdurrahim Albayrak koronavirusdan sağalıb.
Sportnet.az "NTV Spor"a istinadən məlumatına görə, bir müddət öncə xəstəxanadan evə buraxılan İstanbul klubunun rəsmisinin sonuncu testinin nəticəsi mənfi çıxıb.
Qeyd edək ki, daha öncə "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin və klub rəsmisi Yusuf Günayın koronavirusa qalib gəldiyi bildirilib.