Fransanın PSJ klubunun futbolçusu Neymarın anası Nadin Qonsalves 22 yaşlı kiberidmançı Tyaqo Ramosla görüşür.
Sportnet.az-ın məlumatına görə, 52 yaşlı Qonsalves özündən 30 yaş kiçik gənclə şəklini şəxsi "Instagram"ında paylaşıb. O, "İzaholunmazı izah etmək mümkün deyil" yazıb. Neymar isə bu fotoya şərh bölümündə reaksiya verərək, anasına xoşbəxtlik arzulayıb.
Braziliyalı futbolçunun ögey atası ola biləcək Ramos "sambaçı"dan 6 yaş gəncdir. O, yarımpeşəkar səviyyədə "Free Fire" oynamaqdan əlavə, həm də modeldir. Ramos və Neymar arasında dostluq münasibətlərinin yarandığı da bildirilir. Kiberidmançı hətta futbolçunun ad günündə də iştirak edib.