“ABŞ 2026-cı il əvəzinə 2022-ci il dünya çempionatına ev sahibliyi edə bilər”.
Sportnet.az-ın məlumatına görə, bunu FIFA-nın sabiq prezidenti Yuzef Blatter “Bild” nəşrinə açıqlamasında deyib. Funksioner amerikalıların belə bacarığa malik olduqlarını sözlərinə əlavə edib. Onun fikrincə, Yaponiya da bunu edə bilər. Xoşbəxtlikdən, DÇ-2022-də 48 yox, cəmi 32 komanda olacaq. Böyük bir təşkilatçılıq səyinə ehtiyac yoxdur”.
Blatter Almaniyanın da mundiala ev sahibliyi edə biləcəyini söyləyib. Lakin o, 2018-ci ildən sonra çempionatın Avropada təşkil olunma ehtimalının az olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi 2018 və 2022-ci il dünya çempionatlarına ev sahibliyi edən ölkələri seçərkən FIFA rəsmilərinin rüşvət aldığını idda edib. Məlumatda FIFA-nın sabiq vitse-prezidenti Cek Uornerin DÇ-2018 üçün Rusiyadan 5 milyon dollar rüşvət aldığı vurğulanıb. Ali futbol qurumunun İcraiyyə Komitəsinin üzvü Rafael Salqeronun isə 1 milyon dollar qarşılığında Rusiyaya səs verdiyi irəli sürülüb.
Bundan başqa, Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra və FIFA-nın keçmiş vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Nikolas Leozun da səsvermədə rüşvət aldığı iddia olunub. 2018-ci ildəki mundial Rusiyada keçirilib və Fransa millisi qızıl medal qazanıb, DÇ-2022 isə Qətərdə olacaq.