İngiltərənin "Çelsi" klubunun futbolçusu Jorjinyo seks qalmaqalı ilə üzləşib.
Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, Aaron Hyuz açıqlama verib. O, Braziliya əsilli italiyalı yarımmüdafiəçinin keçmişdə şüvüldə rəqs etmiş xanım Eliza Skalkonla münasibətlərindən danışıb. Ötən il Hyuz həmin qadınla görüşərək, ona evlilik təklifi ünvanlamaq istəyib. Lakin keçmiş rəqqasənin Jorjinyo ilə intim yazışmasını oxuduqdan sonra o, belə təklifdən imtina edib.
Skalkon italyanca yaxşı danışdığı üçün Jorjinyonun tərcüməçisi olmaq təklifi aldıqda futbolçu ilə tanış olub. Aaronun sözlərinə görə, 29 yaşlı yarımmüdafiəçi bu xanıma çoxlu sms göndərib. Futbolçu Skalkona onunla birgə otelə getməyi təklif edib. Sms-lərindən birində Jorjinyo xanımdan "vəhşi", yoxsa "romantik" seksi xoşladığını soruşub. Eliza "vəhşi" cavabını verib. Futbolçu buna "oldu" reaksiyasını verib. Xanım hansı tatularının olduğunu da bildirib.
Hyuz bu yazışmaları Skalkona evlilik təklifi etmək üçün birgə yollanmağa hazırlaşdığı Şri-Lankaya uçuşa az qalmış oxuyub. Xanım azarkeşi vəziyyəti düzgün başa düşmədiyini inandırmağa çalışsa da, cütlük ayrılmalı olub.
Qeyd edək ki, aprelin əvvəlində "Səs" şousunun ulduzu Ketrinq Hardinq Jorjinyodan uşaq gözlədiyini açıqlayıb. "Çelsi"nin yarımmüdafiəçisinin hazırda iki uşağı var. Hardinqin isə məşhur aktyor Cuda Loudan qızı var. Jorjinyonun ötən il həyat yoldaşı Natalya Leteri ilə gizlicə boşandığı da bildirilir.