İspaniyanın “Barselona” klubu “Kamp Nou” stadionunun ad hüququnu Barsa Fonduna verib.
Sportnet.az-ın Kataloniya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, fond növbəti – 2020/2021 mövsümü üçün arenanın adına sponsor axtaracaq. Əldə olunan gəlir koronavirusla mübarizəyə xərclənəcək.
Beləliklə, stadiona tarixində ilk dəfə sponsor adı veriləcək.
Qeyd edək ki, “Kamp Nou” 1957-ci ildə istifadəyə verilib. Arena 99 min 354 azarkeş tutumuna malikdir.