İtaliyanın “Milan” klubunun qapıçı Asmir Beqoviçlə yollarını ayıracağı dəqiqləşib.
Sportnet.az-ın “Tuttosport”a istinadən verdiyi məlumata görə, 33 yaşlı qolkiperin yayda müqavilə ilə məxsus olduğu İngiltərə “Bornmut”una qayıdacağı dəqiqləşib."Qırmızı-qaralar"ın heyətində icarədə olan digər oyunçular kimi, o da öz klubuna dönəcək.
Bosniya və Herseqovina millisinin üzvü "Milan"ın əsas qapıçısı Canluici Donnarummanın zədələnməsindən sonra iki görüşdə iştirak edib. Lakin koronavirus pandemiyası səbəbindən A Seriyası dayandırıldıqdan sonra Donnarumma zədəsini bərpa edib. O, çempionatın bərpasından sonra yenidən əsas heyətdə yer alacaq. Beləliklə, Beqoviç "San-Siro" sərgüzəştlərini iki görüşlə başa vuracaq.
Qeyd edək ki, Asmir Beqoviç mövsümün ilk yarısında “Qarabağ”da çıxış edib. Təcrübəli oyunçunun Ağdam təmsilçisində qalmasına məhz "Milan"ın təklifi mane olub. Onun "Bornmut"la sözləşməsi 2021-ci ilin iyununadəkdir.