"Sabah" klubu futbolçusu Marko Deviçlə bağlı açıqlama yayıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı hücumçu koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda klub rəhbərliyinə müraciət edib.
O, ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini bildirib. Futbolçunun bu istəyinə müsbət cavab verildiyi vurğulanıb.
Bildirlib ki, futbolçu ilə klub rəhbərliyi arasında belə bir razılaşma olub ki, xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsi uzadılmasın. Bu razılaşmaya əsasən, artıq Deviçin “Sabah”la müqavilə müddəti bitib.
Klub Marko Deviçə verdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.
Qeyd edək ki, Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. Ötən yay Serbiyanın "Voydovats" klubuna keçən M.Deviç cari mövsümün qış fasiləsində yenidən Masazır təmsilçisinə transfer olunub.