“Qarabağ” komandasını Ağdama səfəri zamanı icra hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, icra başçısı futbolçularla söhbətində hər zaman komandanın yanında olduğunu və qazandığı uğurlarla fəxr etdiyini dilə gətirib. Həsənova klubun arxasında onun adı və Ağdamın avtomobil seriyası olan "02" nömrəli forma, futbolçuların imzalı topu hədiyyə olunub.
"Qarabağ"ın direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov və futbolçular Rəşad Sadıqov, Qara Qarayev, Mahir Emreli, Maksim Medvedev və Şahruddin Məhəmmədəliyevin yer aldığı heyət daha sonra rayonun aztəminatlı ailələri ilə görüşüb. Onlar bu çətin dönəmdən birlikdə çıxacaqlarını dilə gətiriblər. Klub 1500 ərzaq bağlamasını ailələrə paylayıb.