
İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi fərdi məşqlərə başladıqdan sonra imicini dəyişib.
Sportnet.az-ın məlumatına görə, argentinalı hücumçu saqqalını tamamilə qırxıb. O, son bir neçə ildə sıx saqqal saxlayırdı.
Qeyd edək ki, Lionel Messi "Barselona"nın yetirməsidir. 32 yaşlı forvard bu mövsüm İspaniya La Liqasında 22 oyuna 19 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Çempionlar Liqasında isə o, 6 qarşılaşmada 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Hazırda hər iki yarış koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb.