
Ukrayna milli komandası və Kiyev "Dinamo"sunun futbolçusu Artyom Besedinin iştirakı ilə qalmaqallı video yayılıb.
Sportnet.az-ın məlumatına görə, video 2016-cı ildə Besedin 20 yaşında ikən çəkilib. Həmin vaxt hücumçu ölkənin əsas komandasında debüt etmək imkanı qazansa da, istirahət üçün pis kompaniya seçib.
Besedin mənzildə tüfeyli insanlarla birgə olduğu vaxt söz savaşına çıxdığı şəxs tərəfindən döyülüb. Onun alkoqolun təsiri altında olduğu güman edilir.
Qeyd edək ki, Artyom Besedin 2019-cu ilin dekabrında dopinqdən yararlanması səbəbindən 1 illik diskvalifikasiya olunub. O, gələn ilə təxirə salınması səbəbindən AVRO-2020-yə qatıla biləcək.