Azərbaycan Premyer Liqası bərpa olunduqdan sonra komandalar oyun ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı AFFA İcraiyyə Komitəsi qərar verib.
Qərara əsasən, Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq matç ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.