Avropa Liqasının qrup mərhələsində "Qarabağ” klubuna rəqib
olan Fransa "Sent-Etyen”inin türk
futbolçusu Mövlut Ərdinçin zədəsi
ciddidir. Sportnet.az-ın məlumatına görə, futbolçu bu il yaşıl meydanlara dönə
bilməyəcək.
"Lequipe” nəşrinin məlumatına görə, futbolçu yanvardan
tez komandaya qoşulmayacaq. Komandanın baş məşqçisi Kristof Qaltye Ərdinçin Avropa
Liqasının son matçında "Dnepr”lə görüşə kimi bərpa olunacağına ümid etsə də,
futbolçu buna hələ hazır deyil. Bununla yanaşı, o, 2015-ci il yanvarın 10-da "Reyms”lə
qarşılaşmanı da buraxmalı olacaq.
Qeyd edək ki, "Dnepr” – "Sent-Etyen” görüşü dekabrın 11-i, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.