"Futbolçulardan çox razıyıq. Ağır dönəmdə meydanda ən yaxşısını etməyə çalışırlar. Məşqdə də bunu hiss edirik. İnanıram ki, komanda daha yaxşı oyun sərgiləyib əvvəli formasını qaytaracaq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev yoxlama matçında "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, əyalət təmsilçisi çempionatın keçirilməsinin tərəfdarıdırlar. O, idman prinsiplərinin əsas olduğunu söyləyib: "Kim avrokuboklarda çıxış etməyə layiqdirsə, o da vəsiqə qazansın.
Baxşıyev futbolçuları Merab Qiqaurinin yüngül zədəsinin olduğunu vurğulayıb: "Onu risk edib meydana buraxmaq istəmədik. Müqavilə ilə bizə məxsusdur, inanıram ki, qarşıdakı günlərdə komandays kömək edəcək.
Baxşıyev bu həftəsonu komandanın "Qəbələ"yə getmək fikrinin olmadığını sözlərinə əlavə edib.