
"Yaxşı ilk hissə keçirdik. Bu gün daha istəkli idik".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov səfərdə "Sabah" komandasına 0:1 hesabı ilə uduzdurqları yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis bildirib ki, yaxaladıqları 3 qol epizodundan yararlanmağı bacarmayıblar: "58-ci dəqiqədən əvəzləmələrə başladıq. Ümumi götürsək, ikinci hissədən də narazı qalmadım. Sadəcə, bir anlıq konsentrasiyanı itirməyimiz ucbatından rəqib qol vurdu".
Komandasının tapşırıqlarını yerinə yetirməsini sevindirici hal sayan Həşimov "Daha bir həftəmiz olsaydı, hazırlıq baxımından daha yaxşı səviyyədə olardıq" söyləyib.