1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xaqani Məmmədov: "Bu cür səhvin altında nələrsə gizlənir"
Bu gün Ağdamın "Qarabağ" klubunun mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, mətbuat nümayəndələrinin önünə klub rəsmiləri ilə yanaşı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da çıxıb.
O, Avropa Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "İnter" oyununda hakimin qeydə almadığı qol epizodunu belə qiymətləndirib: "Bir çoxlarında bu mübahisəli qolla bağlı müəyyən şübhələr var. Kimlərsə, nədənsə ehtiyat edir. Dünənki vurulan qol epizodunda hakimlər briqadasının komanda işinin zəyif olduğu ortaya çıxdı. 3 hakim həmin epizoda daha yaxın idi. Fikir bildirilir ki, Corc oyundan kənar vəziyyətdə idi. Demək istəyirəm ki, Corc oyundan kənar vəziyyətdə olsa belə qol qeydə alınmalı idi. Ola bilər yan xətt hakimi görməsin və səhv etsin. Ancaq əlavə hakim bu epizoda daha yaxın idi. Əgər Corc qapıçının qarşısında dayansaydı, o zaman oyundan kənar vəziyyət olardı. Onun heç bir epizoda müdaxiləsi olmadı. Hətta referi məsuliyyəti öz üzərinə götürüb, qolu qeydə ala bilərdi".
Hakimləri Komitəsinin sədri referinin bu addımın altında nələrsə gizləndiyini bildirib: "Əgər epizod çətin olsaydı, deyərdim ki, səhv elədi. Bu çox sadə bir epizoddur. Bu cür səhvə yol verməkdə, onun altında nələrsə gizlənir. Dünənki oyunun hakim inspektoru da bildirdi ki, qol nəzərə alınmalı idi. Bununla da həmin briqadanın qiyməti aşağı olacaq və müəyyən müddətdə UEFA-nın bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırılacaq".
"Oyun əlavə olunmuş vaxtdan daha tez başa çatdı. Bu səbəbdən yenidən oyunun keçirilməsinə nail olmaq olar?" - sualına isə Məmmədov, "İki halda oyun yenidən keçirlə bilər. Biri vaxtdı, biri də lipadı. Bu da etiraza səbəb ola bilər. Təbii ki, digər amillər də var" - deyə cavab verib.