Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" və Moldova "Şerif"i arasındakı qarşılaşmadan öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, avqustun 25-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq. Saat 18:30-da Ağdam komandası "Azersun Arena"da oyunöncəsi son məşqə çıxacaq.
Saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda "Şerif"in baş məşqçisinin mətbuat konfransı keçiriləcək. Saat 19:30-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.
Qeyd edək ki, mətbuat konfransında iştirak edəcək media mənsublarından tibbi maskadan istifadə etmələri və qeyd olunmuş yerlərdə oturmaları xahiş olunur.







































































