"Qarabağ" Azərbaycanda ilk dəfə baş tutan E-Milli Liqasında yarımfinal oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komanda 4 saat 10 dəqiqə davam edən mübarizədən sonra "Neftçi"ni 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Qeyd edək ki, bu turnirdə "Qarabağ"ı Firuz Buksayev və Kənan Babazadə təmsil edir.