Azərbaycan Premyer Liqasının V turunda üz-üzə gələn "Qəbələ" və "Sumqayıt" klubları Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.
Sportnet.az xəbər verir ki, komandalar meydana üzərində "Ordumuzun yanındayıq! İrəli, Azərbaycan əsgəri!" şüarları yazılmış pankartı ilə çıxıblar.
Daha sonra matçın oynanıldığı Qəbələ şəhər stadionunda Dövlət himni səsləndirilib.