
Azərbaycan Premyer Liqasının V turunda üz-üzə gələn "Zirə" və "Neftçi" komandalarının futbolçuları, həmçinin oyunun hakimləri Ordumuza dəstək məqsədilə meydana hərbi formada çıxıblar.
Sportnet.az-ın məlumatına görə, formaların üzərində Azərbaycan və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarı əks olunub.
Həmçinin tribunanın bir hissəsində Dövlət bayrağı açılıb. Digər hissədə isə "Qarabağ Azərbaycandır" sözləri yazılıb. Start fitindən əvvəl isə Azərbaycan himni səsləndirilib.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma saat 16:00-da start götürüb.