İngiltərə "Liverpul"unun futbolçusu Cerdan Şakiri koronavirusa yoluxub.
Sportnet.az "Bleacher Report"a istinadən məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi İsveçrə yığmasının düşərgəsində yoxlamadan keçib. Testinin nəticəsi müsbət çıxan Şakiri millidəki komanda yoldaşlarından təcrid olunub.
Xəstəliyi üzündən o, İsveçrə yığmasına oktyabrın 7-də Xorvatiya ilə yoldaşlıq görüşündə kömək edə bilməyəcək. Şakiri oktyabrın 10-da İspaniya və oktyabrın 13-də Almaniya ilə UEFA Millətlər Liqasındakı oyunları da buraxacaq.