İngiltərənin "Mançester Yunayted" klubu Uruqvay millisinin futbolçusu Edinson Kavanini transfer edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 33 yaşlı hücumçu ilə 1+1 illik müqavilə bağlanılıb. Bu keçid transfer pəncərəsinin bağlandığı ərəfədə gerçəkləşib. Kavani "qırmızı şeytanlar"ın sıralarına azad agent kimi qoşulub. Onun son klubu Fransa PSJ-si olub.
Qeyd edək ki, Edinson Kavani "Mançester Yunayted"də 7 nömrəli formanı geyinəcək. İngiltərə klubu müdafiəçi Aleks Telles, habelə 18 yaşlı hücumçular Fakundo Pelyistri və Amada Traoreni də heyətinə qatıb.