UEFA Millətlər Liqası turniri çərçivəsində Podqoritsa şəhərindəki “Gradski Stadion” keçiriləcək Monteneqro - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, əvvəlcə rəqib komandanın baş məşqçisi Faruk Hacibegiç media önünə çıxacaq. Bosniya və herseqovinalı mütəxəssis Bakı vaxtı ilə 14:45-də jurnalistlərin suallarını cavablandıracaq.
Bundan 1 saat əvvəl isə meydan sahiblərinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq.
Saat 18:30-da isə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandıracaq. 19:30-da isə yığmanın məşqçi baş. tutacaq.
Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək görüş Bakı vaxtı ilə 17:00-da start götürəcək.