
"Səbail" komandası milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə müddətində daha bir yoxlama matçı keçirəcək.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu dəfə rəqib "Sabah" olacaq. Oktyabrın 11-də "Bank Respublika Arena"da təşkil olunacaq qarşılaşma saat 16:00-da başlanacaq.
Qeyd edək ki, "Səbail" daha əvvəl "Sumqayıt"ı yoxlama oyununda yenib - 3:0.