İngiltərənin "Liverpul" klubu yeni transferini açıqlayıb.
Sportnet.az Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Braziliya "Fluminense"sinin qapıçısı Marselo Pitaluqa ilə müqavilə bağlanılıb.
18 yaşlı qolkiperlə imzalanan sözləşmənin detalları açıqlanmayıb. "Liverpul" oyunçu üçün qarşı tərəfə 750 min avro ödəyib.
Qeyd edək ki, Marselo Pitaluqa 2019-cu ildə Braziliyanın U-17 komandası ilə dünya çempionu olub.