
İtaliyanın "Milan" klubunun futbolçuları Zlatan İbrahimoviç və Leonardo Duarte yenidən koronavirus testindən keçib.
Sportnet.az "Sky Sport" nəşrinə istinadən xəbər verir ki, hər iki oyunçunun testi müsbət nəticələnib.
Duarte sentyabrın 23-də, İbrahimoviç isə bir gün sonra koronavirusa yoluxub. 39 yaşlı hücumçunun A Seriyasının IV turunda "İnter"lə matçı buraxmaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "İnter" - "Milan" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.