İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özil Azərbaycana dəstək verib.
Sportnet.az-ın məlumatına görə, türk əsilli yarımmüdafiəçi şəxsi "Tvitter"ində Türkiyə və Azərbaycan bayraqlarının fonunda Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" və Heydər Əliyevin "Tək millət, iki dövlət" sözlərini paylaşıb.
Daha sonra o, geniş mətndə Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu və hələ də işğal altında olduğunu dünyada hamının bildiyini vurğulayıb.