Almaniya Bundeliqasının 4-cü turunun "Şalke" - "Union Berlin" matçı azarkeşsiz keçiriləcək.
Sportnet.az xəbər verir ki, buna bölgədə koronavirusun yayılması səbəb olub. Matçda yalnız dəvət olunmuş qonaqlar iştirak edə biləcək. Bu isə 300 nəfərdən çox olmamalıdır.
Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.