
İtaliyanın "Parma" komandasının 4 futbolçusunun koronavirus testi müsbət çıxıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, adları açıqlanmayan oyunçulardan 3-nün xəstəliyi simptomsuz keçir. Daha 1 nəfərdə isə simptomlar minimaldır.
Onların hamısı komandadan təcrid olunublar. Sağlam oyunçular isə bazadadırlar. Yaxın günlərdə onlar əlavə testdən keçiriləcəklər.