AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, avstriyalı mütəxəssis UEFA Çempionlar Liqasında G qrupunun “Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya) matçında hakim-inspektor olacaq.
Oyun oktyabrın 20-də keçiriləcək.