"Neftçi” komandası Azərbaycan Premyer Liqasının VI turunda qarşılaşacağı "Sabah”la matçın hazırlığını davam etdirir.
Sportnet.az xəbər verir ki, komanda üzvləri bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Məşqdə yeni transfer Bruno Teluşi də iştirak edib.
Qeyd edək ki, oktyabrın 18-də "Bakcell Arena”da keçiriləcək"Neftçi” – "Sabah” oyunu saat 14:00-da başlanacaq.