İspaniya "Barselona"sı 4 futbolçusu ilə müqaviləni yeniləyib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Jerar Pike ilə Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqdur.
Pike ilə sözləşmə 30 iyun 2024-cü ilədək uzadılıb.
Ter Ştegenlə 30 iyun 2025-ci ilədək razılıq əldə olunub. Hər iki oyunçunun təzminat haqqı 500 milyon avrodur.
De Yonq və Lanqlenin müqaviləsi isə 30 iyun 2026-cı ilədək nəzərdə tutulub. Onları almaq istəyən klub isə müvafiq olaraq, 400 milyon avro və 300 milyon avro ödəməlidir.