"Çempionlar Liqasında qrup mərhələsinə çıxmağa çox yaxın idik. Amma son mərhələdə büdrədik. Bundan sonra Avropa Liqasında yaxşı debüt üçün hazırlığı gücləndirdik. Turnirə köklənmişik və özümüzə inanırıq".
Sportnet.az-ın məlumatına görə, bunu İsrailin "Makkabi" (Təl-Əviv) klubunun oyunçusu Daniel Tenenbaum UEFA Avropa Liqasının I qrupunun ilk turunda bu gün "Qarabağ"la keçirəcəkləri matç barədə danışarkən deyib.
25 yaşlı qolkiper bildirib ki, turnirdə maksimum irəliləmək üçün əllərindən gələni edəcəklər: "Mübarizəyə tam heyətlə başlayacağıq. Çünki koronavirusa yoluxmuş bütün futbolçular artıq sağalıblar".
Qeyd edək ki, "Blumfild" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.