
Azərbaycan I Divizionda III turun son 2 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, "Sabah-2" "Zaqatala"ya qalib gələrək, 3-cü pilləyə yüksəlib.
"Neftçi-2" və MOİK komandaları arasındakı görüş isə gərgin keçib. Meydan sahiblərinin bir, qonaqların iki futbolçusu qırmızı vərəqə alıb. Bununla belə, flaqman say üstünlüyündən yararlana bilməyib. Görüş məhsuldar heç-heçə ilə yekunlaşıb.
I Divizion, III tur
22 oktyabr (cümə axşamı)
13:00. “Sabah-2” – “Zaqatala” - 2:0
Qollar: Fərid Kərimzadə, 74. Kamran Quliyev, 82
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
14:00. “Neftçi-2” – MOİK - 2:2
Qollar: Elton Əlibəyli, 45+3. Məhəmməd Məhərrəmov, 83 - Ülvi Əliyev, 3. Elvin Nəsibov, 64
Qırmızı vərəqələr: Seymur Əliyev, 45+1 - Hikmət Verdiyev, 45+2. Xəyal Bədirov, 88
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Asif Əliyev
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança)
21 oktyabr (çərşənbə)
13:00. “Qarabağ-2” – “Turan Tovuz” - 0:2
Qollar: Elçin Qasımov, 64. Vidadi Cəfərov, 70
Hakimlər: Namiq Bəkirov, Zöhrab Abbasov, Səbuhi Soltanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
13:00. “Sumqayıt-2”– “Kəpəz” - 0:1
Qol: Nodar Məmmədov, 50 (pen.)
Qırmızı vərəqə: İbrahim Camalov, 53 ("Kəpəz")
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Kərim Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena” (ehtiyat meydança)
14:00. “Qaradağ Lökbatan” – “Keşlə-2” - 0:1
Qol: Samir Abdullayev, 8
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu