
"Albaniyada işləmək mənim üçün müsbət təcrübə oldu".
Sportnnet.az xəbər verir ki, bunu "Partizani"nin sabiq baş məşqçisi Franko Lerda "Tuttomercato" nəşrinə müsahibəsində deyib.
53 yaşlı italiyalı mütəxəssis 2019-cu ildə Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri görüşləri xatırlayıb:
Lerda Ağdam təmsilçisinin güclü olduğunu etiraf edib: "Onlar çox vaxt turnirin pley-off mərhələsinə vəsiqə qazanırlar. 25 milyon avro büdcələri var. Bakı çox zəngin şəhərdir. Həmin oyunlarda "döyüş gəmisi"nə qarşı oynadıq. İlk oyunda heç-heçə etdik. İkinci matçda isə sona 5 dəqiqə qalmışa qədər bərabərlik üçün mübarizə apardıq".
Qeyd edək ki, "Qarabağ" Albaniyadakı matçda Partizani ilə qolsuz heç-heçə edib və Bakıdakı cavab matçında rəqibini 2:0 hesabı ilə üstələyib. Komandanın qollarını 51-ci dəqiqədə Filip Ozobiç, 90+4-cü dəqiqədə isə Dani Kintana vurub.