İtaliyanın "Milan" komandasının iki oyunçusu koronavirusa yoluxub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Canluici Donnarumma və hücumçu Yens Haugenin testi müsbət çıxıb.
Hər iki oyunçuda xəstəliyin əlamətləri aşkarlanmayıb. Onlar dərhal təcrid olunublar. "Milan"ın digər futbolçularının analiz nəticələri isə mənfi olub.
Qeyd edək ki, Yens Hauge oktyabrın əvvəlində "Milan"a keçib.