Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son matçında "Qarabağ" "Keşlə"ni qəbul edib. "Azərsun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
4-cü dəqiqədə Filip Ozobiç, 12-ci dəqiqədə isə Bədavi Hüseynov fərqlənib. 26-cı dəqiqədə "Keşlə"nin heyətində Vüsal İsgəndərli fərqi azaldıb. Daha sonra 38-ci dəqiqədə Ovusu Kvabena, 60-cı dəqiqədə Filip Ozobiç, 65-ci və 89-cu dəqiqədə isə Mahir Emreli darmadağında pay sahibi olub.
Bir oyun az keçirən və xallarının sayını 12-ə çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. Paytaxt klubu isə 9 xalla 5-ci sıradadır.
Qeyd edək ki, bu gün keçirilmiş "Sumqayıt" - "Neftçi" matçında hesab açılmayıb. İlk oyun günündə "Qəbələ" "Sabah"ı 2:1 hesabı ilə üstələyib. "Zirə" - "Səbail" görüşündə isə qapılara qol vurulmayıb.
_________________________________
Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib.
FIFA referisi Rauf Cabbarovun idarə etdiyi görüş qolsuz yekunlaşıb. 84-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Elvin Məmmədovun penalti zərbəsini qonaq komandanın qapıçısı Aqil Məmmədov dəf edib.
Bu nəticədən sonra xalını 15-ə çatdıran "Sumqayıt" 1-ci, 14-cü xalını qazanan "Neftçi" isə ikinci pillədə qalıb.
Qeyd edək ki, turun ilk 2 qarşılaşmasında "Qəbələ" "Sabah"ı 2:1 hesabı ilə yenib. "Zirə" - "Səbail" görüşündə isə qalib müəyyənləşməyib - 0:0. Tura saat 16:00-da başlanacaq "Qarabağ" - "Keşlə" matçı ilə yekun vurulacaq.
--------------
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun son 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gələcək. "Kapital Bank Arena"da təşkil olunacaq qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
II dövrənin ilk turu öncəsi "Sumqayıt" 14 xalla liderdir, "Neftçi" isə 13 xall ikinci pillədə qərarlaşıb. Qonaqlar qələbə qazansa, liderliyə yüksələcək, meydan sahibləri qalib gələcəkləri təqdirdə, birinci pillədəki mövqeyini möhkəmləndirərək, ən yaxın izləyicisindən 4 xal aralanacaq.
Komandalar arasındakı əvvəlki 32 oyunun 11-də "gənclik şəhəri" təmsilçisi, 16-da flaqman qələbə qazanıb, 5 matç heç-heçə yekunlaşıb. Top fərqində də paytaxt komandası öndədir - 52:40. “Sumqayıt” son 6 matçda qol vurub. “Neftçi” isə son üç səfər görüşündə qələbə qazanıb.
Turun son oyunu "Azersun Arena"da "Qarabağ" və "Keşlə" arasında olacaq. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma öncəsi hər iki komanda 9 xalla 4-5-ci yerləri bölüşdürür. Lakin Ağdam təmsilçisinin ehtiyatda təxirə salınmış bir oyunu da var.
Bu komandalar indiyədək 63 dəfə üz-üzə gəliblər. Oyunların 29-dan "Qarabağ", 13-dən "Keşlə" qalib ayrılıb, 21 görüş heç-heçə yekunlaşıb. Topların nisbətində də son illərin dəyişməz çempionu aşkar üstünlüyə malikdir - 76:40.
Digər tərəfdən, “Keşlə” son 8 oyunda qələbə qazanmayıb. “Qarabağ” son 5 ev matçını qolsuz tərk etməyib.
1 noyabr
Azərbaycan Premyer Liqası, VIII tur
14:00. "Sumqayıt" - "Neftçi" - 0:0
Istifadə olunmamış penalti: Elvin Məmmədov, 84 ("Sumqayıt")
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Kapital Bank Arena"
16:00. "Qarabağ" - "Keşlə" - 6:1
Qollar: Filip Ozobiç, 4, 60. Bədavid Hüseynov, 12. Ovusu Kvabena, 38. Mahir Emreli, 65,89 - Vüsal İsgəndərli, 26
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
"Azersun Arena"
Qeyd edək ki, ilk iki oyunda "Qəbələ" "Sabah"a 2:1 hesabı ilə qalib gəlib, "Zirə" - "Səbail" matçı isə heç-heçə ilə yekunlaşıb - 0:0.