"Böyük Birlik Partiyasına, təşkilatına təşəkkür edirik. Bura gəlməklə bizi qürurlandırdınız. Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "İhlas" agentliyinə açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çelikel UEFA Avropa Liqasının I qrupunun 3-cü turunun "Sivasspor"la oyunu öncəsi Türkiyə Böyük Birlik Partiyasının rəsmiləri ilə görüşü zamanı deyib.
Ağdam klubunun rəsmisi Sivasda olduqca isti və mehriban qarşılandıqlarını bildirib: "Bu duyğuları bizə yaşatdığınız üçün sizlərə təşəkkür edirəm. Əminəm ki, feyr-pley qaydaları çərçivəsində gözəl oyun olacaq".
Tədbirin sonunda "Qarabağ" klubuna Türkiyə bayrağı və "Qurbani-Kərim" kitabı hədiyyə olunub.
Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.