
Azərbaycanın tanınmış müğənnisi Sevda Yəhyayeva Ermənistan milli komandasının və "Spartak"ın futbolçusu Yura Movsisyana etiraz edib. Sportnet.az-ın məlumatına görə, Yəhyayeva etirazını öz "Facebook" səhifəsi vasitəsilə çatıdırıb. 
O, Bakıda doğulduğunu deyən Movsisyanla bağlı xəbərə belə bir şərh yazıb: "Azərbaycanda doğulasan, amma gedib bədnam ermənilərin futbol yığmasında oynayasan! Xain!"
Qeyd edək ki, Yura Movsisyan müsahibələrində Bakıda doğulduğu və məlum hadisələrdən sonra uşaq ikən valideynləri ilə birgə ABŞ-a köçdüyünü bildirir. Amma onun valideynlərinin Azərbaycandan qaçdıqlarını deməklə, okeanın o tayında sığınacaq almaq istədiklərinə dair iddialar daha inandırıcı görünür. 
	 









                 





    
    
    
    
    
    
    
    
    






















































