Futbol üzrə Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi koronavirusa yoluxub.
Sportnet.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, test nəticəsi müsbət olan 56 yaşlı mütəxəssis komandadan təcrid edilib.
Qeyd edək ki, Macarıstan seçməsi Millətlər Liqasında noyabrın 15-də Serbiyanı, 3 gün sonra isə Türkiyəni qəbul edəcək.